İyul 27, 2015 21:52 Asia/Baku
  • Leyla Yunus prokuroru və müstəntiqləri
    Leyla Yunus prokuroru və müstəntiqləri "cəllad" adlandırdı

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqşünas Leyla Yunus və həyat yoldaşının işi üzrə prosesdə Leyla Yunus prokuroru və müstəntiqləri "cəllad" adlandırdı.

L.Yunus bildirib ki, həyat yoldaşı dövlətə xəyanətdə ittiham olunur, baxmayaraq ki, o, hələ 1980-ci illərin sonlarında azərbaycanlıların Ermənistandan sürgün edilməsi haqqında kitab yazıb, Xocalı soyqırımı haqqında kitabın müəllifidir, Qarabağ münaqişəsi haqqında kitabı ABŞ Dövlət Departamentinin kitabxanasında saxlanılır.
Arif Yunus özü bildirib ki, onu dörd dəfə həbs edən prokurorluq haqqında kitab yazacaq. Birinci həbs Ermənistanın Kafan rayonundan azərbaycanlıların sürgün edilməsi faktlarının KİV-ə verilməsi ilə bağlıdır. Lakin hakim onun sözünü kəsib.
L.Yunus prokurora üz tutaraq, onu və digər müstəntiqləri “cəllad” adlandırıb.
Daha sonra ittiham aktı elan olunub. Yunus cütü bildirib ki, özlərini təqsirli bilmirlər.
L.Yunus ittiham aktını tamamilə saxtalaşdırıldığını bildirib.
“Azərbaycanda despotizm və repressiyalar hökm sürür, siz sifariş çərçivələrindən kənara çıxa bilməzsiniz”, deyə L.Yunus bildirib.

Teqlər