Azərbaycan Respublikasının iri iqtisadi heyəti Tehrana gəlir
İyul 28, 2015 12:58 Asia/Baku
İranın Azərbaycan Respublikasındakı səfiri Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin bu ölkənin müxtəlif iqtisadi bölmələrindən ibarət bir heyət ilə gələn həftə Tehrana olacaq səfərindən xəbər verib.
İranın Azərbaycan Respublikasındakı səfiri Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin bu ölkənin müxtəlif iqtisadi bölmələrindən ibarət bir heyət ilə gələn həftə Tehrana səfərindən xəbər verib.Möhsün Pak Ayin deyib: Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin səfəri İranın kommunikasiya və informasiya texnologiyaları naziri və İran-Azərbaycan Müştərək Komissiyasının sədri Mahmud Vaizinin dəvəti ilə avqustun 3-ü və 4-də həyata keçəcək və Şahin Mustafayevi bu səfərdə Azərbaycan Respublikasının neft, bank, kommunikasiya, nəqliyyat, energetika, həmçinin özəl və dövlət sektorları daxil olmaqla müxtəlif iqtisadi sektorların nümayəndələri müşayiət edəcəklər.
Onun sözlərinə görə, İranın dəmir yolunun Azərbaycana qoşulması, dəmiryolu nəqliyyatının genişləndirilməsi, neft yataqlarında həmkarlıq, kommunikasiya və informasiya texnologiyalarının inkişafı, iki ölkə arasında bank əlaqələrinin genişləndirilməsi və bank fəaliyyətləri əlaqələrinin yaradılması, elektrikin təmini, iki ölkənin özəl sektorlarının əməkdaşlığı tərəflərin bu səfərdə araşdıracaqları mövzulardandır.
Səfir həmçinin deyib: İran-Azərbaycan Müştərək Komissiyasının həmsədrləri həmçinin bu səfərdə böyük ehtimala qarşı cari ilin ikinci yarısında Tehranda keçiriləcək İran-Azərbaycan Müştərək Komissiyasının on birinci iclasının keçirilməsi barədə qərar çıxaracaqlar.