Avq 13, 2015 14:54 Asia/Baku
  • YUNESKO Azərbaycanda jurnalistin qətlə yetirilməsini qınadı
    YUNESKO Azərbaycanda jurnalistin qətlə yetirilməsini qınadı

YUNESKO-nun baş katibi Azərbaycanda bir jurnalistin bir futbolçunu təhqir etdiyi üçün qətlə yetirilməsini kəskin formada qınayıb.

İRNA--nın məlumatına görə, İrina Bokova çərşənbə günü bir bəyanat yayaraq, gənc jurnalist Rasim Əliyevin qətlə yetirilməsini pisləyib və bu cinayətə yol verənlərin cəzalandırılmasını istəyib.
YUNESKO-nun baş katibi öz bəyanatında Azərbaycan rəsmilərinə xitabən deyib: jurnalistlər və media mənsublarına qarşı cinayət törədənlərə cəzadan yayınmaq imkanı verilməməlidir.
Rasim Əliyevin bir futbolçunu təhqir etməsi, həmin futbolçunun yaxınlarını qıcıqlandırıb və onlar, jurnalisti döyüblər. Dərhal xəstəxanaya çatdırılan Rasim Əliyevin bir gün sonra daxili qanaxmadan həyatını itirdiyi bildirilir.
Rasim Əliyev daha öncə polisə müraciət edərək, təhdid xarakterli mesajlar aldığını bildirmiş və qorunma tələb etmişdi. Amma, onun bu istəyi təmin edilməmişdir.

Teqlər