Avq 13, 2015 20:51 Asia/Baku
  • Leyla və Arif Yunuslar bu gün məhkəmədə son söz deyiblər
    Leyla və Arif Yunuslar bu gün məhkəmədə son söz deyiblər

Leyla və Arif Yunuslar bu gün məhkəmədə son söz deyiblər. Onlar ittihamları rədd edərək, məhkəmə və hökumətə qarşı sərt tənqidlə çıxış ediblər.

Yeni Müsavat-ın məlumatına görə, Leyla Yunus öncə vəkillərinə təşəkkür edib və bilidirdi ki, onun vəkillərinə təzyiqlər oldu və hətta Vəkillər Kollegiyasından uzaqlşdırdılar.
Hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutunun direktoru sözlərini belə davam etdirib: "Bu gün Azərbaycan eynilə keçmiş SSRİ-nin, qırmızı faşizmin yolunu davam etdirir. Bu gün diktaturayla mübarizə aparanlara qarşı repressiyalar həyata keçirilir."

Leyla Yunus sözlərini belə davam etdirib: "Keçmiş SSRİ-də CM-də 57-ci maddə vardi, bütün siyasi məhbusları bu maddə ilə ittiham edirdilər. İndi Azərbaycan, Özbəkistan kimi ölkələrdə 57-ci maddə yoxdu, ancaq siyasi, vicdan məhbuslarını ittiham etmək üçün CM-dəki bütün maddələrdən istifadə edirlər".

Hüquq müdafiəçisi ona qarşı irəli sürülən ittihamları rədd edib: "İttihamlarla bağlı da sübutlar yoxdu. Bildirirəm ki, bu məhkəmə quldurluqdan da pisdir. Amma heç olmasa o şahid ifadələri protokolda öz əksini tapacaq. Qrant layihələrindən biz tərəvəz əkib satmamışıq, gəlir götürməmişik. Biz o layihələr çərçivəsində seminarlar, konfranslar keçirmişik. Bu hökumət işğalçılara qarşı mübarizə aparanları məhv edir. Bu hakimiyyət sözdən qorxur. Bu məhkəmə göstərdi ki, siz hamınız sözdən qorxursuz.”.

Leyla Yunus söyləyib: “Ən çətini odur ki, sizin bu gün bizim barəmizdə çıxaracağınız qərar bizim üçün ölüm hökmüdür. Çünki nə mənim, nə də Arifin səhhəti imkan vermir ki, uzun müddət həbsdə qalaq. Ancaq bu, bir tarixi məhkəmədir

Sonra Arif Yunus son söz deyib. O, ilk növbədə, Leyla Yunusa öz minnətdarlığını bildirib: "Biz 60 ilin 37 illini Leyla ilə birlikdəyik. Bu rəqəm Azərbaycan üçün mistik rəqəmdi. Bizim məhkəməmiz də 37-ci ilin məhkəməsinə oxşayır, o üsullarla keçirilir."
Hüquq müdafiəçi Arif Yunus söyləyib: "Azərbaycan müstəqil olandan sonra da biz mübarizəmizin ikinci mərhələsini yaşamağa başladıq, ölkənin demokratikləşməsi uğrunda vuruşduq. Bu yol çətin idi, basqınlar olurdu bizə. Hələ 88-ci ildə Azəbaycanla bağlı həqiqətləri üzə çıxaranda bizə “ekstremist” damğası vurub, prokurorluğa çağırırdılar".

Yeni Müsavatın verdiyi məlumata görə, Arif Yunus fikrini belə yekunlaşdırıb: “Biz deyəndə “Azərbaycanda demokratiya yoxdu”, bizə deyirdilər ki, bəs nə yaxşı siz azadlıqdasız? Hakimiyyət çox sağ olsun, bu arqumenti əllərindən aldı”.

Teqlər