Avropa Birliyi Leyla və Arif Yunusa azadlıq tələb etdi
Avq 15, 2015 08:06 Asia/Baku
Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini Azərbaycanda hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:“Avqustun 13-də Azərbaycanın iki görkəmli hüquq müdafiəçisi Leyla və Arif Yunus haqqında Bakı Ağır Cinayətlər Məhəkəməsi uzunmüddətli azadlıqdan məhrumetmə hökmü çıxarıb. Prosesi izləyən beynəlxalq müşahidəçilərin verdikləri məlumatlar məhkəmənin ciddi qanun pozuntuları ilə keçdiyini göstərir. Görünür ki, ittihamlar əslində onların hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Yunuslar haqqında çıxarılmış bu hökmlər bir daha sübut edir ki, Azərbaycan Respublikası hakimiyyəti insan hüquq və azadlıqları sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmir. Biz Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusu azad etməyə, onların işini şəffaf və ədalətli şəkildə araşdırmağa çağırırıq”.