Azərbaycan-Ermənistan cəbhəsində son durum; erməni qüvvələri minaatanlardan istifadə edirlər
Avq 15, 2015 13:12 Asia/Baku
-
Azərbaycan-Ermənistan cəbhəsində son durum; erməni qüvvələri minaatanlardan istifadə edirlər
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozublar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına istinadla verilən xəbərə görə, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respublikasının mövqeləri atəşə tutulub.Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Yarımca, Çaylı, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Kəngərli, Novruzlu, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, eləcə də Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Erməni qüvvələrinə tərəf cavab atəşləri açılıb.