Avq 15, 2015 14:35 Asia/Baku
  • Azərbaycan İslam Partiyasında yeni təyinat
    Azərbaycan İslam Partiyasında yeni təyinat

Şənbə günü Azərbaycan İslam Partiyası (AİP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, yığıncaqda ölkədəki ictimai-siyasi durumun qısa müzakirəsi keçirilib. Çıxış edənlər ölkə əhalisinin sosial vəziyyətinin əvvəlki illərdən kəskin ağırlaşması, manatın devalvasiyaya uğraması nəticəsində vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinin ciddi narahatçılıq doğurduğunu qeyd ediblər.

Müzakirə zamanı həmçinin ölkədə insan haqlarının pozulması hallarının davamlı şəkil alması pislənib.

AİP səlahiyyətliləri Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun və tarixçi alim Arif Yunusun saxta ittihamlarla həbs olunmalarını kəskin şəkildə tənqid edərək, bunu məhkəmə ədalətsizliyi kimi qiymətləndiriblər.

İdarə Heyyətinin üzvləri sonra təşkilati məsələyə baxıblar.
Sədr əvəzi Elçin Manafov İslam alimi İlham Əliyevin AİP sədrinin birinci müavini vəzifəsinə təyinatı barədə təklif irəli sürüb. İlham Əliyev yekdilliklə AİP sədrinin birinci müavini vəzifəsinə seçilib.

Teqlər