Xədicə İsmayıla hökm oxundu
Sen 02, 2015 10:57 Asia/Baku
Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Xədicə İsmayılın 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Hökmə görə, jurnalist cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ekspertiza xərcləri üçün 364 manat ödəməlidir.Bundan başqa hakimin qərarına görə, jurnalist 3 il müddətində dövlət və bələdiyyə işlərində vəzifə tuta bilməz.
ABŞ-ın Azadlıq Radiosunun əməkdaşı, jurnalist, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl əvvəlcə “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevi intihar həddinə çatdırmaqda ittiham olunub. Hakimin qərarına görə, jurnalistə qarşı həmin ittiham ləğv edilib.
Amma hakim ona qarşı irəli sürülən digər ittihamları - Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma, mənimsəmə kimi ittihamları haqlı bilib.