Sen 02, 2015 14:12 Asia/Baku
  • Dr. Mövsüm Səmədov
    Dr. Mövsüm Səmədov

"Müsəlman Birliyi Hərəkatı"nın təşəbbüsü ilə həbsdəki AİP liderinin ad günü ərəfəsində "Hacı Mövsüm həftəsi" qeyd olunacaq.

İslamazeri.az bununla bağlı "Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırzadədən münasibət öyrənib: "Dr. Mövsüm Səmədov 50 ilini Allah yolunda xidmətdə keçirən bir şəxsdir. Belə bir şəxsi bir həftə yad etmək əslində azdır. Daim bu cür ruhanilərimizi yad etmək bizim mənəvi borcumuzdur."

Gələcəkdə digər islamçı məhbuslarla bağlı da belə təşəbbüslə çıxış edəcəklərini önə çəkən Hacı Tale Bağırzadə deyib: "Gələcəkdə doğum tarixi olan və ya həbs olduğu gün digər ruhani və islamçı məhbuslarla bağlı da addımlar atacağıq. Bu addımlarımız müxtəlif aksiyalarla olacaq" deyə vurğulayıb.

Teqlər