MTN Azərbaycanda İŞİD terror dəstəsinin zərərsizləşdirdiyini deyir
https://azeri.sahartv.ir/news/azərbaycan-i197272-mtn_azərbaycanda_İŞİd_terror_dəstəsinin_zərərsizləşdirdiyini_deyir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində bir neçə Azərbaycan Respublikası vətəndaşı tutulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2015 10:44 Asia/Baku
  • MTN Azərbaycanda İŞİD terror dəstəsinin zərərsizləşdirdiyini deyir
    MTN Azərbaycanda İŞİD terror dəstəsinin zərərsizləşdirdiyini deyir

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində bir neçə Azərbaycan Respublikası vətəndaşı tutulub.

MTN -nin yaydığı məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmə və qruplar yaratma, bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları – Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulub, barələrində həbs-qətimkan tədbiri seçilib.