Rəsmi Bakı Xədicə İsmayılova ilə bağlı Qərbin tənqidlərinə cavab verdi
Sen 02, 2015 15:42 Asia/Baku
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xədicə İsmayılovanın həbsi ilə bağlı Qərb təşkilatlarının tənqidi və çağrışlarını Azərbaycanın suverenliyinə birbaşa müdaxilə kimi qiymətləndirib.
Trend-in məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Xədicə İsmayılova ilə əlaqədar olan məhkəmənin işinə müdaxilə, məhkəmə qərarının siyasiləşdirilməsi və onun mahiyyətinin təhrif edilməsi cəhdlərini, eləcə də sırf hüquqi müstəvidə olan bu məsələyə siyasi bəyanatlar formasında olan münasibətləri qəti şəkildə qınayır və qəbuledilməz hesab edirik".Onun sözlərinə görə, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunur.