Sen 03, 2015 14:20 Asia/Baku
  • Leyla və Arif Yunuslara çıxarılan hökmdən apellyasiya şikayəti verilib
    Leyla və Arif Yunuslara çıxarılan hökmdən apellyasiya şikayəti verilib

Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Leyla Yunusun vəkili Elçin Qəmbərovun APA-ya verdiyi məlumata görə, şikayət məhkəməyə təqdim olunub.





Arif Yunusun vəkili Əfqan Məmmədov da apellyasiya şikayəti verdiklərini bildirib. O, Arif Yunusla görüşdüyünü və onun vəziyyətinin normal olduğunu deyib: “Saxlanma şəraitindən hər hansı şikayəti yoxdur”.





Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq, dövlətin hesabına köçürülməsi öz əksini tapıb.


Teqlər