Ayətullahuluzma Nuri Həmədani Gəncədə İmamzadə İbrahim(ə) ziyarətgahında olub
Sen 04, 2015 10:32 Asia/Baku
Böyük təqlid mərcəyi Ayətullahuluzma Nuri Həmədani Azərbaycan Respublikasının tarixi Gəncə şəhərində olaraq, Həzrət İbrahim ibn Muhəmməd Baqir(ə)-ın məqbərəsini ziyarət edib.
Ayətullahuluzma Nuri Həmədani ziyarətdən və o həzrətin zəvvarlarının və möminlərin iştirakı ilə namaz qıldıqdan sonra İslamın insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması və sülh və ədalətin bərqərarı barədəki nurlu təlimlərinə işarə edərək, deyib: Demokratiyanın yalançı iddiaçıları, xüsusən Amerika bir neçə əsr keçəndən sonra hələ də irqçiliyə qərq olub.Bu böyük təqlid mərcəyi İŞİD kimi terrorçu-təkfirçi qrupların təhlükəsinə işarə edərək, onların rəftarlarının İslamın nurlu təlimləri ilə təzadda olduğunu bildirib və Azərbaycan Respublikası müsəlmanlarından bu terrorçu və vəhhabi qrupların fəaliyyət və hərəkətlərindən ehtiyatlı olmalarını istəyib.
Həzrət Ayətullahuluzma Nuri Həmədani həmçinin Gəncə şəhərində tarixi Şah Abbas məscidində olaraq, bu məsciddəki möminlərlə görüşüb.
Şamaxıdakı tarixi Cümə məscidi Qafqazda ən qədim məscidlərdən biridir və hicri qəməri tarixi ilə ikinci yüzilliyin əvvəllərində, yəni milad tarixi ilə 743-cü ildə tikilib.
Ayətullahuluzma Nuri Həmədani bu səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətulislam Vəlmuslimin Ocaqnejad müşayiət ediblər.