Həzrət Ayətullahuluzma Nuri Həmədani Gəncədə İmamzadə İbrahim(ə) ziyarətgahında olub(yenilənib)
Sen 04, 2015 13:03 Asia/Baku
Böyük təqlid mərcəyi Həzrət Ayətullahuluzma Hacı Şeyx Hüseyn Nuri Həmədani Azərbaycan Respublikasının tarixi Gəncə şəhərində olaraq, Həzrət İbrahim ibn Muhəmməd Baqir(ə)-ın mübarək məzarını ziyarət edib.
Ayətullahuluzma Nuri Həmədani ziyarətdən və o həzrətin zəvvarlarının və möminlərin iştirakı ilə namaz qıldıqdan sonra İslamın insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması və sülh və ədalətin bərqərarı barədəki nurlu təlimlərinə işarə edərək, deyib: Demokratiyanın yalançı iddiaçıları, xüsusən Amerika bir neçə əsr keçəndən sonra hələ də irqçiliyə qərq olub.Bu böyük təqlid mərcəyi İŞİD kimi terrorçu-təkfirçi qrupların təhlükəsinə də işarə edərək, onların rəftarlarının İslamın nurlu təlimləri ilə təzadda olduğunu bildirib və Azərbaycan Respublikası müsəlmanlarından bu terrorçu və vəhhabi qrupların fəaliyyət və hərəkətlərindən ehtiyatlı olmalarını istəyib.
Həzrət Ayətullahuluzma Nuri Həmədani birliyi, İslam Dünyasının bügünkü zərurətlərindən adlandıraraq, müsəlmanların düşmənlər qarşısında vəhdətini vurğulayıb.
Bu görüşün sonunda Həzrət Ayətullahuluzma Nuri Həmədaninin imaməti ilə günorta və ikindi namazları qılınıb.
Həzrət Ayətullahuluzma Nuri Həmədani həmçinin Gəncə şəhərində tarixi Şah Abbas Səfəvi məscidində olaraq, bu məsciddəki möminlərlə görüşüb.
Məsciddəki möminlər "Səlli Əla Muhəmməd-Yare Emam xoş aməd!"(Səlli Əla Muhəmməd-İmamın köməkçisi xoş gəlib) şüarı ilə O Həzrəti qarşılayıblar.
Şiələrin böyük təqlid mərcəyi Həzrət Ayətullahuluzma Nuri Həmədani Gəncə şəhərinə səfərində böyük iranlı farsdilli şair Nizami Gəncəvinin məqbərəsində olub, fatihə oxuyaraq, o qüdrətli şair üçün ilahi rəhmət diləyib.
Bu təqlid mərcəyi Nizami Gəncəvini böyük, istedadlı və şairlər şairi adlandıraraq, o şairdən şerlər oxuyub və onun şerləri barədə izahatlar veribdir.
Ayətullahuluzma Nuri Həmədani həmçinin Şamaxı şəhərində olaraq, son zamanlar rekonstruksiya edilmiş bu şəhərin tarixi Cümə Məsdicindən baxış keçirib.
Bu böyük təqlid mərcəyi bu məntəqənin şiə və sünni müsəlmanları qarşısında söyləyib: Müsəlmanların birliyi və həmrəyliyi islami cəmiyyətlərin tərəqqisi üçün əsas zərurətdir.
O, belə qeyd edib: Tarix boyu İslami Ümmət arasında təfriqənin nəinki müsəlmanlara xeyri olmayıb, əksinə İslamın vucuduna ən pis zərbələr vurubdur. Buna görə, vəhdət, birlik və həmrəyliklə əsl və həqiqi İslamı dünya xalqlarına tanıtdırmaq lazımdır.
Şamaxıdakı tarixi Cümə məscidi Qafqazda ən qədim məscidlərdən biridir və hicri qəməri tarixi ilə ikinci yüzilliyin əvvəllərində, yəni milad tarixi ilə 743-cü ildə tikilib.
Bu məscid 1859 və 1902-ci illərdəki zəlzələ hadisələrindən, habelə 1918-ci ildə bolşevik və ermənilərin hücumlarından ziyan çəkmişdi ki, ötən illər ərzində Azərbaycan Respublikası hökuməti tərəfindən rekonstruksiya edilibdir.
Ayətullahuluzma Nuri Həmədanini bu səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və İslam İnqilabının Böyük Rəhbərinin Azərbaycan Respublikasındakı nümayəndəsi Höccətulislam Vəlmuslimin Ocaqnejad müşayiət ediblər.
Xatırladaq ki, ilk dəfədir, bir şiə təqlid mərcəyi Azərbaycan Respublikasına səfər edir.
O Həzrət Azərbaycan Respublikasına səfərinin davamında Bakının Nardaran qəsəbəsində olaraq, İmam Rza(ə)-ın bacısı Rəhimə Xatun(s)-nın pak məzarını ziyarət edəcək və bu məntəqənin möminləri ilə görüşəcəkdir.
Bakıda yaşayan iranlıların hüseyniyyəsində keçiriləcək cümə namasında çıxış və onlarla görüş, O Həzrətin digər tədbirlərindən elan olunub.