Sen 06, 2015 14:22 Asia/Baku
  • Səfir: Həzrət Ayətullahuluzma Nuri Həmədaninin Azərbyacan Respublikasına səfəri unudulmazdır
    Səfir: Həzrət Ayətullahuluzma Nuri Həmədaninin Azərbyacan Respublikasına səfəri unudulmazdır

İranın Azərbaycan Respublikasındakı səfiri deyib: Dünya şiələrinin ilk təqlid mərcəyi kimi Həzrət Ayətullahuluzma Nuri Həmədaninin Azərbaycan Respublikasına səfəri bu ölkə tarixində unudulmaz bir hadisədir.

Möhsün Pak Ayin Ayətullahuluzma Nuri Həmədanini yola saldıqdan sonra bir müsahibədə Həzrət Ayətullahuluzma Nuri Həmədanini layiqli qarşılamalarına görə, Azərbaycan Respublikasının xalqı və məsul şəxslərinə, xüsusən Şeyxulislam Allahşükür Paşazadəyə təşəkkür edərək, söyləyib: O Həzrət bu səfəri böyük ilahi lütf adlandırıb və Azərbaycanın möhtərəm ruhaniləri, eləcə də yaxşı və səmimi xalqı ilə görüşdüyünə görə, razılıq ifadə edibdir.



İran səfiri Qafqazda böyük din alimləri və müctəhidlərin olması keçmişinə toxunaraq, əlavə edib: Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Lənkəran, Cəlilabad, Gəncə və Bakıda böyük din alimləri və müctəhdilər yaşayıblar, amma bu ölkənin istiqlaliyyət əldə etməsindən sonra Ayətullahuluzma Nuri Həmədani Aərbaycana səfər edən ilk təqlid mərcəyidir.



Möhsün Pak Ayin iki ölkə xalqları arasındakı dostluq və qardaşlığa və son illərdəki siyasi, iqtisadi və mədəni münasibətlərə toxunaraq, Ayətullahuluzma Nuri Həmədaninin Azərbaycan Respublikasında olmasının qarşılıqlı dini anlaşmaların güclənməsinə səbəb olacağını bildirib və belə deyib: İki ölkə bu fürsətin qədrini bilməli və dini sahələrdə, xüsusən təkfir və islamofobiya ilə mübarizə və islami birliyin gücləndirilməsi sahəsindəki mövcud imkanlardan istifadə etməlidir.

Teqlər