PKK yaraqlıları Mardində 5 polis əməkdaşını öldürüblər
Sen 16, 2015 11:09 Asia/Baku
-
PKK yaraqlıları Mardində 5 polis əməkdaşını öldürüblər
PKK yaraqlıları Mardin və Hakkaridə təhlükəsizlik qüvvələrinə hücum edərək, 5 polis zabitini öldürüblər.
Türkiyə medialarının verdiyi məlumata görə, PKK yaraqlıları ötən gecə Van-Hakkari şose yolunda bir polis maşınını partladıblar. Bu hadisə zamanı daha 3 polis zabitinin yaralandığı deyilir. Yaralıların vəziyyəti ilə bağlı açıqlama verilməyib.Bu məlumata görə, bu partlayış polisə məxsus zirehli maşının yolda hərəkəti zamanı partladılıb. Hadisə nəticəsində yolun bir hissəsi dağılıb.
PKK yaraqlıları və Türkiyə ordusu arasında toqquşmalar təqribən 2 ay öncədən başlanıb və Türkiyə ordusu bu silahlı qruplaşmanın İraq və Türkiyədəki mövqelərinə zərbələr endirib.