Azərbaycanlı zəvvarların Ciddə hava limanında çətin anları
https://azeri.sahartv.ir/news/azərbaycan-i198032-azərbaycanlı_zəvvarların_ciddə_hava_limanında_çətin_anları
Azərbaycanlı zəvvarların ilk qrupunu Həcc ziyarətindən gətirən təyyarə dünən Bakıya enib. Ciddə aeroportunda uzun ləngimələrdən sonra azərbaycanlı zəvvarlar etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2015 06:36 Asia/Baku
  • Azərbaycanlı zəvvarların Ciddə hava limanında çətin anları
    Azərbaycanlı zəvvarların Ciddə hava limanında çətin anları

Azərbaycanlı zəvvarların ilk qrupunu Həcc ziyarətindən gətirən təyyarə dünən Bakıya enib. Ciddə aeroportunda uzun ləngimələrdən sonra azərbaycanlı zəvvarlar etiraz ediblər.

Sentyabr-ın 29-da ilk təyyarənin saat 05.00-da Bakıya enməsi nəzərdə tutulsa da, reys təxirə düşüb. Növbəti reyslərin təxirə düşdüyü deyilir.
QMİ-dən reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndiriblər.
Ciddə hava limanından musavat.com-a məlumat verən zəvvarlar hava limanında zəvvarların bir neçəsinin halının pisləşdiyini, ürəyi gedənlərin olduğunu bildirdilər. Qadınlar, kişilər hava limanında yerdə yatırlar. Zəvvarlar deyirlər ki, pul verməmək üçün onları dünən saat 11-də oteldən çıxarıblar.