Okt 02, 2015 15:17 Asia/Baku
  • Azərbaycan və Ermənistan qüvvələri arasında atışma
    Azərbaycan və Ermənistan qüvvələri arasında atışma

Azərbaycan Respublikası və Ermənistan ordularının qüvvələri arasında Qarabağda atışma baş verib.

Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: İki ölkə arasında cümə axşamı və cümə günləri baş verən atışma nəticəsində Ermənistan ordusunun iki hərbçisi öldürülüb və bir qrup da yaralanıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirdiyinə görə, atışmada Azərbaycan qüvvələrinin tələfatı olmayıb.
Ermənistan və Azərbaycan Respublikası arasında Qarabağ bölgəsi üzərində münaqişə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib.
1994-cü ilin may ayından münaqişə tərəfləri arasında atəşkəs bərqərar olunub. Lakin Rusiya, Fransa və Amerikanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi indiyə qədər bu münaqişənin həlli üçün nəticə verməmişdir.

Teqlər