Beynəlxalq Amnistiya Təşkilatı nümayəndələrinə Bakıya giriş icazəsi verilmədi
Okt 08, 2015 14:29 Asia/Baku
Azərbaycan Respublikası Beynəlxalq Amnistiya Təşkilatı nümayəndələrinə ölkəyə giriş icazəsi verməyib.
Virtual.az internet portalı yazır: Azərbaycanın Miqrasiya Xidməti əməkdaşları Beynəlxalq Amnistiya Təşkilatının iki nümayəndəsinin 7 oktyabr tarixində Bakı hava limanına daxil olmasının ardınca, onları ölkədən deport ediblər.Beynəlxalq Amnistiya Təşkilatı bu hadisənin ardınca bir bəyanat yayaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinə bir aydan az zamanın qalmasına baxmayaraq, hələ də müxalifət və azad medianın susdurulması istiqamətində hərəkətlərin davam etməsini qınayıb.