Okt 11, 2015 17:41 Asia/Baku
  • Atəşkəsin pozulması davam edir
    Atəşkəsin pozulması davam edir

Erməni silahlı bölmələri Azərbaycan Respublikası Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edirlər.

APA-nın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və qumbaraatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozaraq, Azərbaycan ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəşə tutublar.
Azərbaycan Respublikası Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq, düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 61 dəfə atəş zərbəsi endiriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində Ermənistanın 6 nəfərədək hərbi qulluqçusu öldürülüb.


Teqlər