Təmas xəttində atəşkəs yenidən pozulub
Okt 12, 2015 10:35 Asia/Baku
-
Təmas xəttində atəşkəs yenidən pozulub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozublar.
İslamazeri.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası qüvvələri İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Respublikası mövqelərini atəşə tutublar.Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Novruzlu, Şuraabad, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Azərbaycan Respublikası Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq, düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 48 dəfə atəş zərbəsi endiriblər.