Okt 12, 2015 15:11 Asia/Baku
  • İranın Bakıdakı səfirliyinin media bölməsinin yeni məsul şəxsi təqdim olunub
    İranın Bakıdakı səfirliyinin media bölməsinin yeni məsul şəxsi təqdim olunub

Məhəmməd Rza Nəcəfi İranın Bakıdakı səfirliyinin media bölməsinin yeni məsul şəxsi kimi təqdim olunub.

İranın Azərbaycan Respublikasındakı səfirinin və bu ölkə KİV-i nümayəndələrinin iştirakı ilə İran səfirliyi binasında keçirilən mərasimdə səfirliyin media bölməsinin keçmiş məsul şəxsi Seyid Məhəmməd Ayətullahinin tapşırıq müddətinin başa çatması səbəbindən onun xidmətlərinə görə təşəkkür edilib və Məhəmməd Rza Nəcəfi İranın Bakıdakı səfirliyinin media bölməsinin yeni məsul şəxsi kimi təqdim olunub.
İranın Bakıdakı səfiri Mohsen Pak Ayin bu mərasimdə ötən üç ildə Azərbaycan Respublikasında görülmüş media tədbirlərinə toxunaraq, deyib ki, bu müddətdə Azərbaycan Respublikasından olan media mənsublarından təşkil olunmuş səksən nəfərəlik səkkiz media heyəti İran İslam Respublikasının imkanları ilə tanış olmaq üçün İrana səfər edib və doqquzuncu heyət də yaxın gələcəkdə müqəddəs Məşhəd şəhərinə göndəriləcək.
O, İran İslam Respublikasının Teleradio Təşkilatının sabiq sədri cənab Zərqaminin iştirakı ilə iki tərəfin Radio və Televiziya Komitəsinin ilkin sənədinin imzalanmasını keçən üç ildəki digər media diplomatiyası tədbirlərindən adlandıırıb.
İranın Azərbaycan Respublikasındakı səfiri həmçinin İranın Şərqi Azərbaycan ostandarı Cabbarzadənin oktyabrın sonlarında, Gilan ostandarının isə gələn ayda Naxçıvan, Bakı və Gəncəyə üç günlük səfərlərindən xəbər verib.
İranın Bakıdakı səfirliyinin media bölməsinin keçmiş məsul şəxsi Seyid Məhəmməd Ayətullahi Azərbaycanın media mənsublarının həmkarlıqlarına görə təşəkkür edərək, deyib ki, ötən üç ildə və iki ölkə arasında media əməkdaşlıqlarının gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının İranda fəaliyyət göstərən nümayəndəliklərinin xəbər ofisləri bir ofisdən dörd ofisədək artıbdır.
12 illik diplomatik fəaliyyətə malik olan İranın Azərbaycan Respublikasındakı səfirliyinin media bölməsinin yeni məsul şəxsi Məhəmməd Rza Nəcəfi İran Astarasında anadan olub. Azərbaycan Respublikasının dili və problemlərini bilən Nəcəfi üç il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərib.

Teqlər