Okt 15, 2015 14:40 Asia/Baku
  • 
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı
    Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.
ABŞ və müttəfiqlərinin Əfqanistana hümundan sonra bu ölkədə narkotik maddələrinin istehsalı 10 dəfə artıb.

Teqlər