Okt 19, 2015 15:52 Asia/Baku
  • Azərbaycan Respublikasının təhlükəsizlik rəsmiləri həbs olunublar
    Azərbaycan Respublikasının təhlükəsizlik rəsmiləri həbs olunublar

Azərbaycan Respublikasının təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasının ardınca o və onun bir neçə müavini həbs olunub.

Virtual.az internet portalının məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən vəzifəsindən kənarlaşdırılmasının mediayaya çıxarıldığı 17 oktyabr tarixində Eldar Mahmudov ixtiyarlarından sui-istifadə etmək ittihamı ilə həbs oluinub.
Bu məlumata görə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir neçə yüksək rütbəli rəsmisi də prezidentin icazəsi olmadan İlham Əliyev dövlətinin yüksək vəzifəli rəsmilərinin telefon danışıqlarını dinləmək ittihamı ilə həbs edilib. Bununla bağlı, "Strateq" internet portalı xəbər verib: Azərbaycan Respublikasının hökumətin qorunması üzrə xüsusi xidmət, daxili işlər nazirliyi və baş prokurorluğunun birgə əməliyyatında terrorizmlə mübarizə idarəsinin rəis müavini İlqar Əliyev və Milli Təhlükəsizlik Nazirliyinin istintaq idarəsinin rəisi Teymur Quliyev həbs ediliblər.
Bakı mediaları Azərbaycan Respublikasının təhlükəsizlik rəsmilərinə vurulan əsas ittihamları yüksək vəzifəli rəsmilərin və onların ailələrinin telefon danışıqlarının icazəsiz surətdə dinlənilməsi elan ediblər.
Bakı mediaları bildiriblər ki, həbslər davam edəcək və bir neçə general daxil olmaqla bir neçə hərbi rəsmi tezliklə həbs olunacaqdır.
Ekspertlər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin həbs olunmasını cari şəraitdə olduqca önəmli qələmə verirlər. Qeyd edək ki, noyabrın birində bu ölkədə parlament seçkiləri keçirilməlidir. Təbiidir ki, cari həbslər qarşıdakı seçkiləri son dərəcə təsir altına alacaq. Xüsusən ona görə ki, Azərbaycan Respublikasının hazırkı təhlükəsizlik atmosferi hər zamandakından daha təhlükəsizlik xarakteri alacaq. Bu şəraitdə günahsız şəxslərin həbsi də azəri rəsmilərin iş gündəmində duracaq və yeni qurbanlar ala bilər.
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi rəsmilərinin həbsi elə bir haldadır ki, əməldə bu nazirlik bu müsəlman ölkənin xalqı və dövlətinin namusu, malı və canına nəzarət edir və kiçik və böyük şəxslərin bütün hərəkətlərini nəzarətdə saxlayır. Elə bu üzdən, ekspertlər Azərbaycan Respublikasındakı cari həbsləri son dərəcə mühüm qələmə verirlər.
Azərbaycan Respublikasının təhlükəsizlik problemləri bir yana qalsın, ötən bir neçə il ərzində ekspertlər bu ölkənin təhlükəsizlik rəsmilərinin həbsini sikkənin bir üzü bilirlər. Demək lazımdır ki, sikkənin digər üzü, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bu ölkədə fəaliyyət göstərən yanlış firqələr, xüsusilə vəhhabilər və nurçularla ehtimal olunan həmkarlıqlarıdır. Əslində, İlham Əliyev hökumətinin yüksək vəzifəli rəsmiləri və onların ailələrinin telefon danışıqlarının dinlənilməsi ilk dəfə baş vermir. Nurçular bundan öncə Türkiyədə oxşar əməliyyata əl atmışdılar. Eyni zamanda, Türkiyədə nurçu firqəsinə tabe olanlardan istintaqın edilməsi gedişində bildirildi ki, region ölkələri, xüsusən Azərbaycan Respublikasının bir çox rəsmisinin telefon danışıqları dinlənilir və Fəthullah Gülənin tabeliyində olan siyasi qüvvələrə xəbər verilirmiş.
Türkiyədə nurçuların yanlış firqəsinin mənəvi lideri olan Fəthullah Gülən bundan öncə bu ölkədə paralel hökumət təşkil etməkdə ittiham olunmuşdu. Eyni zamanda, yanlış vəhhabi firqəsinə tabe qüvvələr də müsəlman ölkələrə, xüsusən Azərbaycan Respublikasına nüfuz etmək üçün böyük xərcləri iş gündəmində yerləşdiriblər.
Misal üçün, Rusiya mediaları ifşa ediblər ki, Ərəbistanın müdafiə naziri son Moskva səfərində və Rusiya prezidenti ilə görüşündə Suriyanın qanuni prezidenti Bəşşar Əsədin öldürülməsi üçün milyardlarla dollar təklif edib, amma bu istəklə müxalifət edilibdir.
Bu xərclərin çəkilməsinə əsasən, gözlənilməz deyildir ki, iri məbləğlər almaq qarşılığında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri vəhhabilərə xas informasiyalar satmağa hazır olublar. Bununla bağlı, Azərbaycan Respublikasında yanlış vəhhabilik firqəsinin başçısı Qamət Süleymanov kimi vəhhabilərin azad şəkildə gediş-gəlişlərinə işarə etmək olar. Azərbaycan Respublikasının heç bir təhlükəsizlik və hüquq-mühafizə orqanı hətta bu şəxslərin həbs olunmaları icazəsinə belə malik deyil və bu yanlış firqə Azərbaycan Respublikası xalqının böyük bir qismini aldada bilibdir.

Teqlər