Azərbaycan XİN səfirliklərdə MTN məmurlarının olması barədə açıqlama verdi
Okt 22, 2015 18:09 Asia/Baku
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının səfirliklərdə olması iddiasına reaksiyada deyib: Beynəlxalq diplomatiya təcrübəsi və dövlətlər arasındakı mövcud əməkdaşlıqlara əsasən dövlət orqanları nümayəndələrinin ölkənin diplomatik nümayəndəliklərində olması normal bir haldır.
Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Hikmət Hacızadə bildirib: Müdafiə və Daxili İşlər Nazirlikləri, hüquq-mühafizə, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarının xarici ölkələrdəki səfirliklərdə olması inkaredilməzdir. Bu da müxtəlif ölkələr arasında qarşılıqlı addımdır və digər ölkələrin Azərbaycandakı səfirliklərinin də belə nümayəndələri vardır.Qeyd edək ki, bir neçə gün öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı kənarlaşdırılmış sabiq səfiri Arif Məmmədov öz Facebook səhifəsində Azərbaycan Respublikasının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun kənarlaşdırılması barəsində iddia etmişdi ki, Azərbaycanın xaricdəki səfirliklərində çoxlu şəxslər Milli Təhlükəsizlik Nazirliyini məxfi nümayəndəsidir və təbii ki, Eldar Mahmudovun öz vəzifəsindən kənarlaşdırılmasından sonra ölkəyə qayıtmayacaqlar.