MTN-ə aylıq xərac verənlər və mümkün yeni həbslər dalğası
Okt 23, 2015 12:11 Asia/Baku
Azərbaycanda MTN sədri və nazirliyin 7 yüksək vəzifəli zabitinin birdən-birə həbsin yeni detalları açıqlanır. Bəzi məlumatlı mənbələr həbsdəki MTN zabitlərinin ifadəsi əsasında yeni həbslər başlayacağını da istisna etmirlər.
Son şok hadisənin dalğası Azərbaycan Respublikası prezidentinin 17 oktyabr sərəncamından sonra başlandı. Deyilənlərə görə indi ölkədə bəzi iş adamları sevinc bəzi məmurlara isə təşviş içində. Həqiqət hər nədirsə tam açıqlanmır amma mətbuata bəzi ip ucları sezir."Yeni Müsavat" qəzeti bir yazıda Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri Eldar Mahmudovun “imperatorluğu” haqda yeni bilgilər dərc edib və yazıb ki, həbsdəki MTN zabitlərinin ifadəsi əsasında yeni həbslər başlaya bilər; nazirliyin daha bir idarə rəisinin işdən çıxarıldığı, aeroportun rəisinin istintaqa cəlb olunduğu deyilir. Müsavat-ın məxfi mənbəyi belə bir detallar qeyd edib:
Sabiq MTN naziri bir çox həmkarlarının fəaliyyətinə təsir göstərirmiş. Deyilənə görə, MTN-in sabiq rəhbərliyi ayrı-ayrı nazirlərdən, komitə və ASC rəhbərlərindən aylıq xərac toplayırmış. O cümlədən Nəqliyyat, Təhsil, Səhiyyə nazirlikləri, həmçinin neft sektorundakı qurumlardan.
Mənbə bildirir ki, əsas yüksək çinli məmurlardan biri nəqliyyat naziri Ziya Məmmədov olub. Deyilənə görə, hər ayın sonunda Z.Məmmədov MTN-ə 1 milyon manat xərac verirmiş.
Nəticədə MTN-in sabiq rəhbərliyi dövlətin gücündən şəxsi maraqları üçün yararlanıb iş adamlarını, məmurları ciddi basqı, təhdid altında saxlayırmış.
Xəfiyyə mənbə maraqlı bir olay haqda da danışıb. Deyilənə görə, MTN-in idarə rəisləri və onların müavinləri məmur heyətindən və iş adamlarından pul almağın üstündə vaxtaşırı bir-biriləri ilə yumruqlaşıblar.
Adını bilindirməyən mənbə bildirir ki, İqtisadiyyatın əsas lokomotivi olan bank sektoru MTN rəhbərliyinin əlindən çox çəkib, bir neçə bankı müflis edib və milyardlar mənimsənilib.
Bu arada, MTN-in Heydər Əliyev adına Beynəlxalq Hava Limanının şöbə rəisi xaricə daşınan qanunsuz pullara görə dindirirlər. Mənbə bildirir ki, Beynəlxalq Bankdan və digər qurumlardan çıxarılan milyardlarla pul onun vasitəsilə Avropaya, Çinə və Rusiyaya göndərilirmiş.
Hələ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ilə MTN rəhbərliyinin iş birliyi haqda dəqiq detalların açıqlanması məsləhət bilinmir.
Qeyd edilən məslələr bir yana, Hakimiyyətin ən güclü, geniş təsir imkanlarına malik nazirinin qəfil vəzifədən alınması siyasi müstəvidə də təhlil olunur və E.Mahmudovun və onun MTN-dəki komandasının qəzəbə gəlməsində əsas amil kimi siyasi hakimiyyətə nəzarəti gücləndirmək istəkləri göstərilir. Bəzi şərhçilər Mahmudovu prezident olmağa və hakimiyyəti ələ keçirmək kimi faktorları da irəli sürürlər və bunun nəticəsini siyasi məhbuslar o cümlədən Əli İnsanov və Fərhad Əliyev kimilərin aqibəti ilə müqayisə edirlər. Prezident olmaq eşqi və onun acı aqibəti
Kənardan görünən odur ki, Azərbaycanda iş sektoru 11 ildən çox basqı altında imiş və ölkə prezidentinin bu addımı təqdirəlayiq görünür. Elədirsə Azərbaycan sahibkarlığının perspektivi rüşvətsiz və inkişafın şahidi olacaq. Olub-olmamasını zaman göstərəcək.