MTN-lə bağlı yeni iddia: Zəvvarlardan əlavə pul yığılıb
Okt 23, 2015 22:04 Asia/Baku
Kərbəla və Məşhədə gedənlərdən əlavə haqq alır". Zəvvarların müqəddəs torpaqlara ziyarətini təşkil edən şəxslərdən AzNews.az bu haqda məlumat daxil olub.
Məlumata görə, Kərbəlaya yola düşməzdən əvvəl zəvvarlar MTN-ə 70 AZN, Məşhədə getmək istəyənlər isə 10 AZN pul köçürürlər. Pul köçürməyən zəvvarlara MTN tərəfindən süni maneələr yaradılır. Bunun üçün MTN-dən 2 nümayəndə ayrılıb. Həmin şəxslər pulu aldıqdan sonra sənədlərə möhür vururlar. İddiaya görə, təkcə keçən il Ərbəin ziyarəti zamanı MTN-in hesabına 400 000 min manat pul köçürülüb.Bildirdilər ki, Kərbəla ziyarəti üçün zəvvarlardan 550 manat pul alınırsa, bunun 70 manatı MTN-ə köçürülür. Təşkilatçıların iddiasına görə, MTN-in bu tələbi olmasa, həm zəvvarların xərci azalar, həm də əlavə vaxt itkisi olmaz.