Okt 29, 2015 12:16 Asia/Baku
  • R.Novruzoğlu: Səudiyyə Ərəbistanı Şeyx Nimrə qarşı edam qərarına yenidən baxmalıdır
    R.Novruzoğlu: Səudiyyə Ərəbistanı Şeyx Nimrə qarşı edam qərarına yenidən baxmalıdır

Azərbaycan Respublikasında siyasi ekspert Rövşən Novruzoğlu deyib: İmanlı və dindar insanlar Şeyx Nimrin arxasındadır və onun barəsindəki edam qərarına yenidən baxılmalıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, tanınmış şiə ruhanisinə qarşı edam qərarına etirazların genişliyi, xüsusilə də mətbuatdakı etirazlara toxunan Novruzoğlu əlavə edib: Şeyx Nimr tək deyil, onun kimi şəxslər çoxdur və bu qərar ləğv olunmalıdır.
Novruzoğlu deyib: Ərəbistana hakim rejim islamdan dəm vurur. Lakin bu rejimin hərəkətləri Quran, islam və peyğəmbərin qanunlarından xəbərin olmadığını göstərir.
Azərbaycan Respublikasının siyasi eksperti ABŞ-da Ərəbistanın 48 qurumunun olmasına toxunaraq deyib: Bu təşkilatların xərcini Ərəbistan ödəyir və bu məsələ Səudiyyə Ərəbistanının bütün siyasətlərinin Amerikada tənzimləndiyini göstərir.

Teqlər