Okt 29, 2015 21:00 Asia/Baku
  • Azərbaycanda parlament seçkilərini 501 beynəlxalq müşahidəçi izləyəcək
    Azərbaycanda parlament seçkilərini 501 beynəlxalq müşahidəçi izləyəcək

Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə müşahidə aparmaq üçün 66 min müşahidəçi qeydiyyatdan keçib.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
M. Pənahov deyib ki, indiyə qədər MSK-da ölkə üzrə seçkilərin müşahidə edilməsi ilə bağlı 2619, dairə seçki komissiyalarında dairə üzrə seçkilərin müşahidə edilməsi üçün 63 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib.
Beynəlxalq müşahidəçilərin sayına gəldikdə isə 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib.
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar polis oktyabrın 28-dən noyabrın 3-dək gücləndirilmiş iş rejimində xidmət edəcək.
Seçki günü ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.
Mərkəzi Seçki Komissiyanın bildirib ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı partiyanın noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməkdən imtina etməsi ilə bağlı MSK-ya müraciət edib. Onlar müraciətlərində seçkilərin 4 ay sonraya təxirə salınmasını istəyiblər.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, seçki qanunvericiliyində indiki halda seçkilərin təxirə salınması nəzərdə tutulmayıb: “Yəni, seçkilərdə alternativlik olmazsa, bu, baş verə bilər. Seçkilərdə imtina ilə bağlı isə səsvermə gününə 10 gün qalmış müraciət olunmalıdır. Müsavat Partiyasının isə addımları qanunvericiliyə ziddir. Səsvermə gününə 10 gün qalmış seçki bülletenləri çap olunur, bu müddətdən sonra isə namizədliyin geri götürülməsi seçiciləri çaşdıra bilər”.
“Müsavat-ın namizədlərinin bir çoxu seçkidən çəkilməyi ilə bağlı müraciət ediblər”. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı musavat.com-a bildirib. A.Hacılı deyib ki, hər bir namizədin Müsavat Partiyasının qərarına uyğun olaraq seçki prosesində iştirakını dayandıracağını düşünür.
Müsavat başqanı: “Müsavat Partiyasının bütün namizədləri seçki dairələrində öz namizədliklərini geri götürəcəklər.
“Real” seçkinin nəticələrini tanımayacağını bildirdi. “Azadlıq- 2015”- in deputlığa namizədlərinin əksəriyyəti də seçkidən geri çəkilmiş kimi görünürlər.

Teqlər