Okt 30, 2015 19:24 Asia/Baku
  • Azərbaycanda neft sahəsindəki aktiv şirkətlərə nəzarət dayandırılıb
    Azərbaycanda neft sahəsindəki aktiv şirkətlərə nəzarət dayandırılıb

Azərbaycan Respublikasının energetika naziri enerji sektorundakı fəal şirkətlərə nəzarəti dayandırıb.

Səhər Beynəlxalq Televiziyasının Trend İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının Energetika Nazirliyi bir bəyanatda bildirib: Energetika naziri Natiq Əliyevin göstərişi ilə 2015-ci il 30 oktyabrdan enerji sahəsindəki fəal şirkətlərin fəaliyyətinə nəzarətlər dayandırılır və bu şirkətlərin yoxlanılması həcmi də azalacaq.
Bu bəyanata əsasən Azərbaycan Respublikası energetika naziri həmçinin enerji sektorlarında fəal şirkətlərin yoxlanılmasının ictimai sağlamlıqdan arxayınlıq əldə etmək üçün texniki və təhlükəsizlik ehtiyacları ilə uyğunlaşdırılmasını vurğulayıb.
Natiq Əliyev enerji sektorundakı fəal şirkətlərin yoxlanılmasının milli mənafe istiqamətində olmalı olduğunu qeyd edərək bu şirkətlərin fəaliyyətlərində müdaxilə və problemlərin yaradılmasını qəbuledilməz adlandırıb.
Azərbaycan Respublikasının energetika naziri bildirib: Enerji sektorunda fəal bir şirkətin yoxlanılmasına ehtiyac yarandığı halda, Sənaye Nazirliyi tərəfindən ona göstəriş veriləcək.
Natiq Əliyev həmçinin hökumətin bu şirkətlərin fəaliyyətlərində çətinliklər yaratmağa çalışan şəxslər və cərəyanlarla ciddi şəkildə davranacağını bildirib.

Teqlər