Azərbaycan Respublikasında cümə namazı qadağası
Okt 31, 2015 18:16 Asia/Baku
Azərbaycan Respublikasının Şəmkir rayonu islamçıları cümə namazı qadağası ilə üzləşiblər.
Səhər Beynəlxalq Televiziyasının Faktxəbər saytına istinadla verdiyi məlumata görə, bir aydır ki, Azərbaycan Respublikasının Şəmkir sakinləri cümə namazında iştirak edə bilmirlər.Bu məlumata görə, bu qadağa parlament seçkilərinin keçirilməsi ilə aidiyyəti qurumlar tərəfindən elan olunub. İslamçıların sözlərinə görə, bu şəhərin imam cüməsi təhlükəsizlik xidmətləri tərəfindən təhdid olunub.
Bir neçə gün öncə də icrai hakiminin göstərişi ilə hökumət amilləri Şəmkir rayonunun Ziyam kəndində məscidin günbəzini dağıtmağa başlayıblar. Bu hərəkətin xəbəri sürətlə ictimai şəbəklərdə yayılıb və Bakı, Masallı, Gəncə, Kürdəmir, Ağcabədi və Şamaxıda dindarların etirazına səbəb olub. Bu etirazlar polisin müdaxiləsinə və dağıdılmanın qarşısının alınması ilə nəticələnib.