Azərbaycan Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlanıb
Noy 02, 2015 09:33 Asia/Baku
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
MSK sədri Məzahir Pənahov-un açıqlamasında hakim Yeni Azərbaycan Partiyası öndədir və sayılan səslərin əksəriyyəti YAP- aiddir.Ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində (81,2 faiz), ən aşağı seçici fəallığı isə 30 saylı Suraxanı birinci seçki dairəsində qeydə alınıb (36,1 faiz.
İlkin məlumata görə, Parlament seçkilərində seçici fəallığı 55,7 faiz təşkil edib yəni seçkilərdə 2 897 188 seçici səs verib.
ABŞ-ın "Arthur J. Finkelstein & Associates" Azәrbaycanda keçirilmiş parlament seçkilәrindә sәsvermә ilә bağlı apardığı "exit-poll"un nәticәlәrini açıqlayıb. 118 dairədə sorğu keçirdiyini deyən təşkilat hesab edir ki, birincilik qazananlardan 65-i YAP üzvüdür.
Qələbə çalmayan bəzi namizədlər seçkilərdə saxtakarlığın olduğunu qeyd edirlər. Elə bəzi müxalif partiyalar seçkilərin prosesinə etiraz olaraq seçkiləri boykot etmişdilər.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyibki, parlament seçkiləri tam qanuna uyğun, demokratik və şəffaf şəkildə keçirilib: "Seçki kampaniyası, eləcə də səsvermə zamanı qanun pozuntuları qeydə alınmayıb. Bu, onu deməyə əsas verir ki, səsvermə normal keçib",- Ə. Əhmədov vurğulayıb.