Prezidentin köməkçisi: ATƏT seçkilərin legitimliyinə kölgə sala bilməz
https://azeri.sahartv.ir/news/azərbaycan-i199252-prezidentin_köməkçisi_atƏt_seçkilərin_legitimliyinə_kölgə_sala_bilməz
Azərbaycan Respublikası Prezident Administrasiyası bu qənaətdədir ki, ATƏT və ABŞ Dövlət Departamentinin Azərbaycan parlament seçkiləri ilə bağlı mövqeləri qərəzlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2015 14:34 Asia/Baku
  • Prezidentin köməkçisi: ATƏT seçkilərin legitimliyinə kölgə sala bilməz
    Prezidentin köməkçisi: ATƏT seçkilərin legitimliyinə kölgə sala bilməz

Azərbaycan Respublikası Prezident Administrasiyası bu qənaətdədir ki, ATƏT və ABŞ Dövlət Departamentinin Azərbaycan parlament seçkiləri ilə bağlı mövqeləri qərəzlidir.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Milli Məclisə seçkilər demokratik prinsiplərə uyğun, şəffaf, ədalətli keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib.
O qeyd edib ki, Milli Məclisə seçkilərin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) tərəfindən müşahidə edilməməsi seçkilərin legitimliyinə kölgə sala bilməz”.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan müstəqil, dinamik inkişaf edən dövlətdir, heç vaxt öz siyasətini kimlərinsə istəyinə uyğun qurmur.