Azərbaycanda bir qrup islamçı həbs olunub
Noy 06, 2015 09:52 Asia/Baku
Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadəyə qarşı kobudluğa etiraz olaraq aksiya keçirən bir qrup islamçı həbs olunub.
Səhər Beynəlxalq Televiziyasının Azadxəbər saytına istinadla verdiyi məlumata görə, cümə axşamı günü həbs olunan 20 islmaçı hələlik azad olunmayıb və onların arasında Ağaəli Yəhyayev, Elxan İsgəndərov, Samir Mirzə aktiv islamçılardandır.Həbs olunanların yaxınlarının dediklərinə görə, etirazçı islamçılar Sabunçu rayon Baş Polis İdarəsinin qarşısında həbs olunub və təhlükəsizlik qüvvələri tərəfindən jurnalistlərin məntəqəyə daxil olmasının qarşısı alınıb.
Qeyd edək ki, çərşənbə axşamı günü Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə Bakı şəhəri Yasamal rayon polis idarəsinə çağırılıb və polis rəisi İsfəndiyar Mehdibalayev tərəfindən təhqir olunaraq döyülüb. Bu kobudluğun səbəbi Tale Bağırzadənin vacib namazı qılmağı istəməsi olub.