MBH rəhbəri islamçıların həbsinə reaksiya verdi
Noy 06, 2015 14:40 Asia/Baku
-
MBH rəhbəri islamçıların həbsinə reaksiya verdi
Azərbaycan Respublikası Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri müavininin həbs olunmasına reaksiya verib.
Səhər Beynəlxalq Televiziyasının Modern.az saytına istinadla verdiyi məlumata görə, Tale Bağırzadə cümə günü öz Facebook səhifəsində Elçin Qasımlı və digər etirazçı islamçıların həbs olunmasına toxunaraq yazıb: Azərbaycan Respublikası polis məmurları tərəfindən həbs olunanlara istənilən təzyiqin mənfi nəticələri olacaqdır. Buna görə, Müsəlmanlar Birliyi Hərəkatının rəhbəri olaraq məhbusların azad olunmasını tələb edirəm.Bu məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədr müavini Səyyad Aran bu ölkədə islamçıların həbsinin bu komitə ilə heç bir əlaqəsinin olmadığını bildirərək deyib6 Bu komitə ölkədə dini siyasətləri icra edir. Həbslər isə Daxili İşlər Nazirliyi qüvvələri tərəfindən həyata keçirilib və islamçıların fəaliyyəti də Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiya olunur.