Saxlanılan dindarlar işgəncəyə məruz qalırlar
Noy 06, 2015 20:05 Asia/Baku
Məlumat veridiyi kimi, bu gün MBH-nin idarə heyətinin sədr müavini, ilahiyyatçı Elçin Qasımovun saxlanılaraq, Sabunçu Rayon Baş Polis İdarəsi binası qarşısına gətirilməsi etirazlara səbəb olub.
100-dən çox inanclı idarə qarşısına toplaşıb. Əraziyə çevik polis alayı yeridilib. Çox sayda insanın saxlanıldığı qeyd olunur. AzadXeber.az-a daxil olan məlumata görə, saxlanılanlara polis idarəsində işgəncə verildiyi qeyd olunur. Döşəmələrdə qan izlərinin olduğu bildirilir. Bakı şəhər baş polis idarəsinin rəis müavini general-mayor Səhlab Bağırovun bölmədə olduğu və inanclılarla sərt davrandığı bildirilir.