Noy 06, 2015 20:11 Asia/Baku
  • "Azadlıq-2015" seçkinin nəticələrini tanımır

Azərbaycanda müxalifət düşərgəsindən olan “Azadlıq-2015” seçki bloku parlament seçkilərinin nəticələrini tanımadığını açıqlayıb.

Musavat.com-un məlumatına görə, noyabrın 4-də “Azadlıq-2015” seçki bloku parlament seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. Tədbirdə blokun rəyi açıqlanıb: Seçki prosesində çox sayda qanunsuzluqlar baş verdi. Namizədlərə, qohumlarına təzyiqlər oldu, buna baxmayaraq, namizədlərimiz seçkidə iştirakla bağlı cəhd göstərdilər.
“Azadlıq-2015” seçki bloku qeyd edib: Görünən odur ki, hakimiyyət demokratiyadan kənar, saxtakarlığın olduğu seçkinin keçirilməsinə cəhd göstərdi və daha kəskin şəkildə bu işi həyata keçirdi.
Namizədlərin faktiki olaraq təşviqat apamaq imkanları yoxdur. Elə bir şərait yaradıblar ki, seçici ilə görüşməyə imkan verilmir. Ancaq namizədlərimiz mübarizələrini apardılar, bir daha göstərdilər ki, Azərbaycanda seçki deyilən bir şey yoxdur. Seçki günü məntəqələr karbonlaşdırılmış protokolları kənarda yazdılar. Saxtakarlıq üçün çox mükəmməl bir mexanizm hazırlanmışdı. Namizədlərə qarşı, saxtakarlıq üçün, seçiciyə təzyiq üçün mükəmməl mexanizm hazırlanmışdı. -“Azadlıq-2015” seçki blokunun açıqlamasında belə deyilib.

Teqlər