Noy 12, 2015 19:05 Asia/Baku
  • Nazir Əli Abbasov işdən niyə çıxarıldı?
    Nazir Əli Abbasov işdən niyə çıxarıldı?

Bu gün Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov prezident İlham Əliyevin Sərəncamı ilə işdən azad olundu.

Belə olduqda sual yaranır, niyə çıxarıldı Əli Abbasov?

FaktXəbər-in məlumatına görə, nazir Əli Abbasovun işdən çıxarılması barədəki şayiələrin belə sürətlə yayılmasına səbəblər isə yetərincə idi. Milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad olunduqda yayılan ilk versiya bu oldu ki, nazirliyin özbaşına rəhbəri qeyri-qanuni olaraq yüksək çinli məmurların telefonlarını dinlətdirir və ayrı-ayrı sahibkarlardan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət tələb edirmiş. Əgər MTN hansısa vəzifəli şəxsin telefon danışıqlarını dinlətdirirsə, sözsüz ki, bundan rabitə nazirinin də xəbəri olmalı idi.

Bu günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək rütbəli əməkdaşları həbs olunudular. Məlum oldu ki, bu məmurların həbsi MTN-in sabiq rəhbəri Eldar Mahmudov ətrafındakı qalmaqal çərçivəsində həyata keçirilib. Və rabitə naziri Əli Abbasov da bu həbslərlə bağlı dindirilib. Nazir oktyabrın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb və Baş Prokurorluq əməkdaşları tərəfindən bir neçə saat ərzində sorğu-sual olunub.

Məlumata görə, Əli Abbasov bu qalmaqallı işə şahid kimi cəlb olunub və rəhbərlik etdiyi nazirliyin əməkdaşlarının həbsi ilə bağlı istintaq edilib.

Teqlər