"Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər"
Noy 12, 2015 19:57 Asia/Baku
-
"Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif etmək istəyirlər"
Tanınmış ruhani Hacı Tale Bağırzadə deyib: Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə veriləcəklər.
İlahiyyatçı, «Müsəlman Birliyi Hərəkatı»nın sədri Hacı Tale Bağırzadə öz müsahibəsində son günlər onlara qarşı səsləndirilən ittihamlara münasibətdə qeyd edib: Bizə qarşı aparılan kampaniyanın arxasında hal-hazırki ictimai-siyasi fəaliyyətimiz durur. Onlar bizim bu fəaliyyətimizi təhrif etmək, bizi radikalizm və digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan kənar heç bir addım atmırıq.Hacı Tale Bağırzadə xatırladıb: Biz dəfələrlə demişik ki, Müsəlman Birliyi Hərəkatının maliyyə dəstəyi sırf ianələr hesabınadır.
«Müsəlman Birliyi Hərəkatı»nın sədri vurğulayıb: Biz öz yolumuzda kifayət qədər mübarizik, haqqımızı tələb edirik. Geri çəkilmək fikrimiz yoxdur, həbslər, təzyiqlər, işgəncələr olsa belə.