Noy 13, 2015 09:55 Asia/Baku
  • Bir qrup Azərbaycan Respublikası əsgəri Əfqanıstandan qayıdıb
    Bir qrup Azərbaycan Respublikası əsgəri Əfqanıstandan qayıdıb

Azərbaycan Respublikası vətəndaşı olan NATO-nun bir qrup sülhməramlı qüvvəsi Əfqanıstandan geri qayıdıb.

Səhər Beynəlxalq Televiziyasının APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əfqanıstanda beynəlxalq təhlükəsizliyin bərqərar edilməsinə kömək qüvvələri tərkibində xidmət göstərən 21 Azərbaycan Respublikası hərbçisinin öz ölkəsinə geri döndüyünü bildirib.
Bu məlumata görə, hal-hazırda 94 hərbi qulluqçusu, 2 hərbi həkimi və iki mühəndis-istehkam üzrə mütəxəssisi Əfqanıstanda sülhməramlı qüvvələrin əməliyyatında iştirak edir.
Azərbaycan Respublikası hərbi qüvvələri Əfqanıstanda Türkiyə batalyonu tərkibində Kabil televiziya qülləsinin mühafizəsi və Əfqanıstanda yerləşən xarici qüvvələrin mərkəzi silah-sursat anbarının təhlükəsizliyinin qorunması və reyd əməliyyatını icra edir.
Azərbaycan Respublikası sülhməramlıları 2002-ci ildən xarici qüvələrin tərkibində Əfqanıstanda yerləşdiriliblər.

Teqlər