Noy 23, 2015 19:49 Asia/Baku
  • ISESCO-nun baş direktoru terrorizmlə mübarizəni vurğulayıb
    ISESCO-nun baş direktoru terrorizmlə mübarizəni vurğulayıb

İslami ölkələrin Elm, Tədris və Mədəniyyət Təşkilatı(ISESCO)-nun baş direktoru deyib ki, terrorizmlə mübarizə üçün qüdrətli bir qüvvəyə çevrilməkdən ötrü müsəlman gənclərin məlumatlandırılması günün zərurətlərindəndir.

Trend xəbər agentliyinin məlumatına görə, doktor Əbduləziz bin Osman Əltəvicri Bakıda müxbirlərə deyib: Müqəddəs İslam dininin terrorizmlə heç bir əlaqəsi yoxdur və hər bir ölkə və hər bir mədəniyyətdə ifratçılıq mövcuddur.
O, əlavə edib: İslam sülh, elm və hörmət dinidir. Buna görə, islami ölkələrin vəzifəsi budur ki, İslam həqiqətini bəyan etsin və gənclər vasitəsilə yaysınlar.
İslami ölkələrin Elm, Tədris və Mədəniyyət Təşkilatı(ISESCO)-nun baş direktoru habelə deyib ki, qeyri-münasib mədəni ötürmə islami cəmiyyətlərdə ailənin dağılmasına səbəb olub və bu cəmiyyətlərin bəzilərində kobudluq və ifratçılığın yaranmasına zəmin yaradıbdır.

Teqlər