Əli Kərimli: “Bu, barbarlıqdır”
Noy 30, 2015 13:52 Asia/Baku
-
Əli Kərimli: “Bu, barbarlıqdır”
AXCP sədri Əli Kərimli Nardaran qəsəbəsinin blokadaya alınmasını pisləyən münasibət paylaşıb. Bildirib: “Torpaqlarımızı işğalda saxlayan düşmənlə 22 ildir dialoq içində olanların Azərbaycanın bir kəndi ilə dialoqdan imtinası, izahı mümkün olmayan absurddur”.
AXCP sədri feysbuk(Facebook) səhifəsində yazır: Nardaranda 10 min nəfər insanı işıqdan, sudan, nəqliyyat xidmətindən, ərzaqdan, internetdən məhrum edib, blokadaya almaq barbarlıqdır.Əli Kərimli qeyd edir: Hakimiyyət anlamalıdır ki, qeyri-insani davranışlar nə nardaranlıları, nə də bütövlükdə xalqımızı hökumətə yaxınlaşdırar, tam əksinə, belə zorakı, düşməncəsinə hərəkətlər hakimiyyətlə xalq arasındakı son bağları da qoparır.