Noy 30, 2015 21:04 Asia/Baku
  • Nardaran məscidlərinin bağlanma təhlükəsi
    Nardaran məscidlərinin bağlanma təhlükəsi

Nardaran məscidlərinin bağlanma və dini icmalara dövlət tərəfindən nəzarət təhlükəsi ehtimalı var.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Nardaran məscidləri də qeydiyyatdan keçməlidirlər: “Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidirlər. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlərin keçirilməsi tam qanuna uyğun olmalıdır.”.
M. Qurbanlı söyləyib ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidirlər.

Teqlər