Dek 03, 2015 16:31 Asia/Baku
  • Təbrizlilər Nardaran əhalisini dəstəkləyib
    Təbrizlilər Nardaran əhalisini dəstəkləyib

Təbrizin bir qrup tələbəsi və İmam Zaman (əc) məscidinin namazqılanları qanlı Nardaran faciəsi şəhidlərinə həsr olunmuş mərasim keçirərək onların xatirəsini əziz saxlayıb və yaxınlarının dərdinə şərik çıxıblar.

Bir qrup tələbə və İmam Zaman (əc) məscidi namazqılanlarının təşəbbüsü ilə keçirilən bu mərasimdə, mərasimin natiqi Nardaran qəsəbəsindəki qanlı faciəni pisləyərək bu dəhşətli hadisəni ayələr və rəvayətlər prizmasından bəyan edib və əlavə edib: Biz Azərbaycan Respublikası hökumətini bu qanlı faciənin baş verməsinin əsas müqəssiri hesab edir və islamçı qurbanların günahsızlığını vurğulayırıq.
Höccətülislam Əmcədi builki məhərrəm ayı günlərində Azərbaycan Respublikasının Gəncə şəhərində Hüseyn (ə) əzadarlarının həbs olunmasına toxunaraq bu ölkə prezidentinə xitabən deyib: Bizim Azərbaycan Respublikası prezidenti İlham Əliyevdən çoxlu gözləntimiz vardır. Çünki o savadlı və təhsilli şəxsdir və mütləq Rza Şah kimi zorakı şəxslərin aqibətini bilir.
Höccətülislam Əmcədi qanlı Nardaran faciəsini son illərdə Azərbaycan Respublikası islamçıları ilə mübarizədə ən önəmli hadisə qiymətləndirib və əlavə edib: Hicab məsələsində də Hacı Möhsün Səmədov, Hacı Abgül Süleymanov kimi layiqli ruhanilər uzunmüddətli həbslərə məhkum olundular. Hazırda da Azərbaycan hökuməti radikallıq və terrorizmlə mübarizə bəhanəsi ilə azərbaycanlı ruhaniləri təzyiq altında saxlamaqla dindar kütləyə qarşı ayrı-seçkilik və təzyiq siyasətinə yeni rəng qatmışdır.
Höccətülislam Əmcədi sözlərinin sonunda günorta və əsr namazını qılmaqda olan əhaliyə doğru atəşiin açılması və bir neçə nəfərin şəhid olması ilə bağlı Azərbaycan hökumətinin son hərəkətinə toxunub və əlavə edib: Bu faciə şəhidləri öz mövlaları Əmirəl-möminin Əliyə (ə) iqtida edib və vacib namazını qıldığı zaman Allaha canını tapışırıblar. Buna görə biz də bu dəhşətli cinayəti tənqid edən və öz etirazlarını bildirən qonşu ölkələrin digər müsəlmanları kimi deyirik ki, bu yolda sizinlə birlikdəyik və siz şəhidlərin amallarına dəstəyimizi elan edirik.

Teqlər