Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərin son vəziyyəti və diaqnozları bəlli olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i200468-mərkəzi_neftçilər_xəstəxanasına_yerləşdirilən_neftçilərin_son_vəziyyəti_və_diaqnozları_bəlli_olub
APA. “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2015 09:58 Asia/Baku
  • Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərin son vəziyyəti və diaqnozları bəlli olub
    Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən neftçilərin son vəziyyəti və diaqnozları bəlli olub

APA. “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.


Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya bildirib ki, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” deyə, baş həkim bildirib.

H. Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.