Yunusların apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib
Hüquqçuların "Sülh və Demokratiya İnstitutu"nun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsindəki hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.
İclasda hər iki təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edib. Leyla Yunusun vəkili Ramiz Məmmədov ona bəraət verilməsini istəyib. Arif Yunusun vəkili də müdafiə etdiyi şəxs barəsindəki hökmə bəraət verilməsini istəyib.
Dövlət ittihamçısı isə çıxış edərək birinci instansiya məhkəsinin çıxardığı hökmün qüvvədə saxlanmasını istəyib. Məhkəmənini növbəti prosesi dekabrın 10-na təyin edilib.
Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dövlətə xəyanətdə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.
Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.