Nardaran Ağsaqqallar Şurasının sədri saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i200612-nardaran_ağsaqqallar_Şurasının_sədri_saxlanılıb
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2015 14:04 Asia/Baku
  • Nardaran Ağsaqqallar Şurasının sədri saxlanılıb
    Nardaran Ağsaqqallar Şurasının sədri saxlanılıb

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov saxlanılıb.

Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, N. Kərimov Nardaran hadisələri ilə bağlı ifadə vermək üçün Baş Prokurorluğa aparılıb.

Nardaran Ağsaqqllar Şurasının sədri şəxsi avtomobili ilə qəsəbədən çıxarkən Nardaranın giriş-çıxışında qurulmuş postda tutulub. Onun Sabunçu rayon Polis İdarəsinə aparıldığı bildirilir.

Noyabrın 26-dan polisin Nardaran basqınından sonra Nardaranda və Azərbaycanın digər şəhər və kəndlərində dindarların kütləvi həbsinə başlanılıb. Bu günədək 40 yaxın fəal həbs olunub. Əksər həbslərin səbəbi bilinmir.