Dek 10, 2015 11:15 Asia/Baku
  • SOCAR-ın vitse-prezidenti: “İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”
    SOCAR-ın vitse-prezidenti: “İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb”

SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 6 neftçinin cəsədinin dekabrın 7-də Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapıldığını bildirib.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.

Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.

Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.

Teqlər