Nardaranda son vəziyyət
Dek 16, 2015 19:32 Asia/Baku
Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardarana kənd sakinlərindən başqa heç kim buraxılmır. Hazırda qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə müvafiq qurumlar tərəfindən işlər görülür.
Kənddəki son vəziyyətlə bağlı musavat.com-a danışan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, hazırda kənddə vəziyyət normaldır: “Evlərin əksətiyyətinə işıq verilib. Təbii qazın verilməsinə də başlanılıb”.
Kənd sakinlərinin bildirdiyinə görə, Dekabrın 1-dən kənddə keçirilən əməliyyatlar zamanı axlanılanların sayı 70-ə yaxındır. Lakin daxili işlər naziri Ramil Usubov saxlanılanların 32 nəfər olduğunu bildirmişdi.