Dek 18, 2015 12:28 Asia/Baku
  • Nurçuların Azərbaycanda şiələrə qarşı fitnəsi
    Nurçuların Azərbaycanda şiələrə qarşı fitnəsi

Bürhan Heşməti: Azərbaycanda Nurçular şiələri hədəfə almağa çalışırlar.

Siyasi şərhçi Bürhan Heşməti İran Radio və Televiziya Təşkilatının Sərhədaşırı Yayım Xidmətinə verdiyi müsahibədə Nurçuların Azərbaycanın siyasi məsələlərinə nüfuz etməsinin ölkədə şiə əhalinin hədəfə alınmasına səbəb olduğunu bildirib və deyib: Azərbaycanda şiələrə təzyiqin göstərilməsi Nurçuların başlıca məqsədidir.

Bürhan Heşməti əlavə edib: Buna görə də Azərbaycanda baş verən istənilən növ qarşıdurma və gərginliyi şiələr ilə əlaqələndirməyə çalışır və şiələrin ictimai fəaliyyətlərinin məhdudlaşdırılmasına səy göstərilir.

Bürhan Heşməti həmçinin deyib: Nardaranda baş verən hadisələr ondan xəbər verir ki, Azərbaycanda müsəlmanların çoxalması bu ölkədə fəaliyyət göstərən bu qrupları xeyli nigaran edib. Xüsusilə sabiq Sovet İttifaqı dönəmindən qalmış kommunist və ateist təfəkkürü hələ də Azərbaycanda dini-islami təfəkkür üzərindəki təsirini davam etdirir.

O deyib: Azərbaycanda şiələrin əhəmiyyəti və dini mərasimlərin keçirilməsi və qorunması ocümlədən İmam Hüseyn(ə)-ın Ərbəin mərasimində iştirak siyasi kafirlərin qəzəbinə səbəb olub və müsəlmanlara qarşı qətliamlar törədilir.

Teqlər